Haqqımızda:  Luxfood.az sizə dünyanın müxtəlif ölkələrindən geniş çeşiddə ərzaq və qida məhsullarını təklif edən internet mağazasıdır.

Dünyanın dörd bir yanından seçmə məhsullar artıq qapınızda!

Mağazamızda İtaliya, İspaniya, Almaniya, Fransa, İngiltərə, BƏƏ və digər ölkə istehsalçılarının məhsullarını əldə edə bilərsiniz.

Təqdim etdiyimiz məhsulların əksəriyyəti yerli bazarda olmayan, məhz özümüzün idxal etdiyi məhsullardır ki, bunlar istehsalçı ölkədən asılı olaraq, həmin ölkənin daxili bazarı üçün nəzərdə tutulub və Azərbaycandaki mağazalarda satış üçün təqdim olunan məhsullardan keyfiyyətcə fərqlənir.

Bizim geniş ərzaq kateqoriyalarımıza yüksək keyfiyyətli ət və ət məhsulları, quş və quş məhsulları, müxtəlif dəniz məhsulları və delikatesləri, dondurulmuş məhsullar, süd və süd məhsulları, adi və ekzotik meyvə-tərəvəz növləri, baqqaliyyə, çay və qəhvə məhsulları, eləcə də qazlı və qazsız içkilər, meyvə şirələri və spirtli içkilər daxildir.

Bundan əlavə, onlayn mağazamızda və sosial media hesablarımızda (Facebook və Instagram) davamlı aksiyalar keçirilir ki, bu müddət ərzində siz satış kataloqumuzda mövcud olan və ya müəyyən vaxtlarda Avropa ölkələrində satış üçün təqdim olunan eksklüziv məhsulları endirimli qiymətlə əldə edə bilərsiniz.

Onlayn mağazamızın təklif etdiyi məhsullar, növlərinə və çeşidlərinə görə davamlı olaraq yenilənir, yeni məhsullar əlavə edilir ki, siz bütün yeniliklər barədə bizim veb-saytımızdan və sosial mediadakı hesablarımızdan ətraflı məlumat ala bilərsiniz.

Luxfood.az saytından qeydiyyat dan keçək üçün buraya keçid edin.

Shopping Cart 0
No products in the cart.