Muh
-
Qarışıq salat Bonduelle 500 qr
Hamımızın sevimlisi “Bonduelle” brendindən olan bu xırtıldayan göyərti növlərindən ibarət təzə qarışıq, tərəvəz salatlarınız üçün bir tapıntıdır. Bağlama doğranmış qıvırcıq və Mache kahısı növlərindən, eləcə də Chioggia xörək çuğundurundan ibarətdir.
Yumağa, qurulamağa ehtiyac yoxdur – birbaşa boşqaba əlavə edib, üzərinə zövqə görə sous gəzdirib, qarışdırın və hazırdır!
-
Kinder Pingui 30 qr x 4
Kinder Pinguì təbii mayalanmış yumşaq biskvit, zərif südlü içlik və xırtıldayan tünd şokolad örtüyündən ibarət unikal bir qəlyanaltıdır. Hər ailənin sevimlisinə çevrilmiş Pingui, qoruyucu və rəngləndirici maddə olmadan, “Kinder”in ənənəvi dəyərlərinə uyğun xüsusi diqqətlə seçilmiş inqrediyentlərdən hazırlanır.
-
Şokoladlı süd – Muh Chocolate Milk 3.5% Yağ – 500 ml
Zərif təzə südə qarışmış kəskin kakao dadı ilə fərqlənən bu kakaolu süd seçmə kakao paxlalarından alınan tozla hazırlanır. Ləziz dadı ilə yanaşı, həmçinin kalsium, zülallar və vitaminlər kimi qidalandırıcı maddələrlə zəngin kakaolu süd stəkanından nəinki uşaqlar, heç böyüklər də vaz keçə bilməz!
-
Kinder südlü desert Kinder Milchschnitte -28 qram
Hamımızın sevimlisi olan “Kinder” brendinin ləziz və təravətləndirici Süd Dilimi bütün ailə üzvlərinin özü ilə götürəcəyi bir məhsuldur!
İki yüngül şokoladlı biskvit qatı arasındaki ballı südlü içlikdən ibarət bu əfsanəvi sərin atışdırmalığın tərkibində rəngləndirici və konservant yoxdur. Soyuducuda saxlamağınız məsləhət görülür.
Luxfood bütün “Kinder” məhsulları sizin qapınıza gətirir!
-
Tam buğdalı çörək 600 qr – 12×12 sm 14 dilim
“Harry’s” sendviç çörəkləri ilə əsl amerikan sendviç və tostlarının dadını kəşf edin!
-
Qabıqsız təbii tost çörəyi 500 qr – 12×12 sm 12 dilim
“Harry’s” sendviç çörəkləri ilə əsl amerikan sendviç və tostlarının dadını kəşf edin!
-
Təbii sendviç çörəyi 550 qr – 12×12 sm 14 dilim
“Harry’s” sendviç çörəkləri ilə əsl amerikan sendviç və tostlarının dadını kəşf edin!
-
Batonçik Kinder Maxi King – 35 qr
Düşünürük ki, əfsanəvi “Kinder” brendinin Kinder Maxi King-i barədə danışmaq yox, onu birbaşa dadmaq lazımdır!
Bu xırçıldayan fındıq parçacıqları ilə inanılmaz dərəcədə ləziz, ağızda əriyən südlü şokolad ilə örtülmüş karamelli südlü içlikdən ibarət deserti sərində saxlayıb, dadlı atışdırmalıq kimi özünüzlə götürə bilərsiniz.
Məhsul 3 ədədli bağlama şəklində satılır. Minimal sifariş sayı – 9 ədəd.
-
7 dənli tost çörəyi 500 qr – 12×12 sm 14 dilim
“Harry’s” sendviç çörəkləri ilə əsl amerikan sendviç və tostlarının dadını kəşf edin!