Schär
-
Qlütensiz un 1 kq
LUXFOOD sizə Almaniyanın qlütensiz məhsullar istehsalçısı “Schär” brendindən qlütensiz un qarışığını təqdim edir!
Makaronlardan tutmuş, krep, pankeyk və sair bişintilərin, müxtəlif sousların və kremlərin hazırlanmasında istifadə edilən bu un sağlam və qlütensiz qidalanmaya üstünlük verən hər kəsin mətbəxində əvəzolunmaz məhsuldur.
-
Qırmızı düyü Kamarq 1 kq
Cənubi Fransanın Kamarq bölgəsində yetişdirilən bu qırmızı düyü növü, kəskin qozlu tamı, təbii çeynək teksturası və yüksək miqdarda antioksidant və lifdən ibarət tərkibi ilə seçilir. Hazırlanma zamanı düyü dənləri formasını qoruyur, yaxşıca bişir və asan həzm olunur. Qırmızı düyü tərəvəzli, ətli və göbələkli yeməklərin yanına yaxşı yaraşır.
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.