• Vasabi qlazurda qovrulmuş yer fıstığı 140 qr

    Adi atışdırmalıqlardan bezmisinizsə, sizə qeyri-adi məhsul təklif etmək istəyirik – vasabili yer fıstığı!

    Uzaq Şərq ölkələrinin mətbəxinin əvəzsizi olan vasabi tərkibli qlazur içində təzə qovrulmuş yer fıstıqları, acı dadlar sevənlər üçün əsl enerji bombasıdır. Dost yığıncaqları üçün də əla fikirdir.

  • Tapioka unu (nişastası) 200 qr

    Tapioka unu, Cənubi Amerikada təbii halda bitən maniok bitkisindən alınan nişasta məhsuludur. Bir sıra faydalı elementlərlə zəngin bu məhsulun tərkibindəki kolin qandakı şəkər səviyyəsini normallaşdırır, B qrupu vitaminləri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, kalsium və fosfor kimi minerallar isə sümük toxumalarının qurulmasında əsaslı rol oynayır. Demək olar ki, yağsız və tamamilə qlütensiz olan tapioka unu bədəndən artıq mayenin çıxarılmasını təmin edir, qan təzyiqini normallaşdırır və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.

    Daxilindəki bir sıra şirintəhər, nişasta kimi axışqan birləşmələrin mövcudluğu bu unu müxtəlif sousların qatılaşdırılmasında, eləcə də fərqli krem-şorbaların və içliklərin hazırlanması üçün əlverişli edir. Bundan əlavə, tapiokanı bişintilərdə – pudinqlər, krep və fəsəlilər – istifadə etmək olar.

  • Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr

    Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!

    2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.

     

  • Südlü şokoladlı çubuqlar Mikado 75 qr

    Mikado südlü şokoladlı çubuqları hər yaşdaki şirinsevərlər üçün inanılmaz cəlbedici bir atışdırmalıqdır. Üçqat südlü Belçika şokoladı ilə örtülmüş incə xırçıldayan biskvit çubuqları tam olaraq ağızda əriyir. Üstəlik bu ləziz qəlyanaltı görünüşü ilə fərqlənir – belə ki, istehsalçı çubuqların dörddə bir hissəsini şokolada batırmayaraq, bu təamdan zövq aldığınız zaman əllərinizin şokolada batmayacağını nəzərə almışdır. Bu da çubuqları istədiyiniz yerdə rahatlıqla yeyə bilərsiniz deməkdir.

  • Qırmızı düyü Kamarq 1 kq

    Cənubi Fransanın Kamarq bölgəsində yetişdirilən bu qırmızı düyü növü, kəskin qozlu tamı, təbii çeynək teksturası və yüksək miqdarda antioksidant və lifdən ibarət tərkibi ilə seçilir. Hazırlanma zamanı düyü dənləri formasını qoruyur, yaxşıca bişir və asan həzm olunur. Qırmızı düyü tərəvəzli, ətli və göbələkli yeməklərin yanına yaxşı yaraşır.

  • Kinder Pingui 30 qr x 4

    Kinder Pinguì təbii mayalanmış yumşaq biskvit, zərif südlü içlik və xırtıldayan tünd şokolad örtüyündən ibarət unikal bir qəlyanaltıdır. Hər ailənin sevimlisinə çevrilmiş Pingui, qoruyucu və rəngləndirici maddə olmadan, “Kinder”in ənənəvi dəyərlərinə uyğun xüsusi diqqətlə seçilmiş inqrediyentlərdən hazırlanır.

  • Qlütensiz un 1 kq

    LUXFOOD sizə Almaniyanın qlütensiz məhsullar istehsalçısı “Schär” brendindən qlütensiz un qarışığını təqdim edir!

    Makaronlardan tutmuş, krep, pankeyk və sair bişintilərin, müxtəlif sousların və kremlərin hazırlanmasında istifadə edilən bu un sağlam və qlütensiz qidalanmaya üstünlük verən hər kəsin mətbəxində əvəzolunmaz məhsuldur.

  • Pesto Ligure sousu 120 qr

    Reyhandan hazırlanan ənənəvi pesto pastasını əlavə şam qozalı, incə parmezan pendirli və sarımsaqlı təsəvvür edin. Mmm… ləzzət! Pesto Ligure pastası makaronlu yeməklərinizi dadlandırmaqla yanaşı, həmçinin salatlar, ət və balıq xörəkləri, hətta sadəcə qızardılmış çörək dilimləri ilə belə çox uyumlu olacaq!

  • Yapon mayonezi Kewpie 450 qr

    Əfsanəvi “Kewpie” brendinin yapon mayonezi dolğun və parlaq dadı ilə həm sendviçləriniz, həm salatlarınız, həm də tərəvəzli souslarınız indi daha ləziz olacaq!

    Umami dadına görə tanınan bu mayonez, tam yumurtadan istifadə edilərək hazırlanan digər mayonez növlərindən fərqli olaraq, sırf yumurta sarısından və soya yağından hazırlanır, buna görə də özünəməxsus qaymaqlı teksturaya malikdir. Üstəlik qoruyucu olaraq da tərkibində zərərli kimyəvi maddələr yoxdur, sadəcə sirkə və duz.

  • Barilla Coquillettes

    Barilla qlütensiz makaron çeşidələri
    Bütün ailələrin sevimli makaron brendi “Barilla”-nın qlütensiz seriyasını təqdim edirik!
    Qarğıdalı və düyü unlarından hazırlanan bu ləziz makaron çeşidləri, ənənəvi makaronlardan nə dad, nə də tekstura baxımından fərqlənməyərək, daha sağlam qidalanmağınıza zəmin yaradır.

  • Barilla Fusilli

    Barilla qlütensiz makaron çeşidələri
    Bütün ailələrin sevimli makaron brendi “Barilla”-nın qlütensiz seriyasını təqdim edirik!
    Qarğıdalı və düyü unlarından hazırlanan bu ləziz makaron çeşidləri, ənənəvi makaronlardan nə dad, nə də tekstura baxımından fərqlənməyərək, daha sağlam qidalanmağınıza zəmin yaradır.

  • Barilla Spaghetti No.5

    Barilla qlütensiz makaron çeşidələri
    Bütün ailələrin sevimli makaron brendi “Barilla”-nın qlütensiz seriyasını təqdim edirik!
    Qarğıdalı və düyü unlarından hazırlanan bu ləziz makaron çeşidləri, ənənəvi makaronlardan nə dad, nə də tekstura baxımından fərqlənməyərək, daha sağlam qidalanmağınıza zəmin yaradır.

Shopping Cart 0
No products in the cart.
Çeşidlə: