• Manqostin

    Bol çeşidli ekzotik delikateslərimiz arasında manqostin meyvəsi öz layiqli yerini tutmaqdadır. Dad baxımından rambutan və liçiyə bənzəyən bu meyvənin çoxsaylı mikro və makroelementlərlə zənginliyi onun farmakologiyada geniş tətbiq olunması ilə nəticələnir. Tərkibində B, C, E vitaminləri, siamın, azot, kalsium, maqnezium, sink, fosfor, natrium, kalium, riboflavin olan meyvə lətinində, eləcə də qabığında bu meyvənin ən vacib komponenti sayılan ksantonlar var ki, bu təzəlikcə kəşf edilmiş kimyəvi birləşmələr güclü antioksidant təsirə malikdir. Buna görə alimlər meyvəni qabığı ilə birlikdə, püre halına salaraq, yeməyi tövsiyə edir.

    Müntəzəm olaraq manqostindən istifadə immunitetin güclənməsinə, zülal mübadiləsi və qan tərkibinin, həzm sisteminin və əqli fəaliyyətin yaxşılaşmasına, qara ciyərin regenerasiyasına, yaşlanma prosesinin yavaşlamasına, xərçəng hüceyrələrinin inkişafının qarşısının alınmasına gətirib çıxarır. Xüsusən də Altsheymer, Parkinson, dəri xəstəlikləri və xərçəngin fərqli növlərindən əziyyət çəkən insanların bu ekzotik meyvəni qida rasionuna əlavə etməsi məsləhət görülür.

  • Karambola – ulduz meyvəsi

    Kəsilmiş dilimləri ulduzu xatırladan bu meyvənin dadı təxmini olaraq motmotu, alma və xiyarın dad qarışığına bənzəyir. Lakin karambola təkcə maraqlı forması və qeyri-adi dadı ilə deyil, tərkibindəki dəmir, fosfor, kalium, natrium, kalsium və maqnezium, C və B qrupu vitaminləri və üzvi turşular kimi qidalanma dəyəri yüksək elementlərə görə qiymətlidir.

  • Yergilası meyvəsi – fizalis

    Fizalis kimi tanınan yergilası meyvəsi karbohidratlar, fruktoza, qlükoza və müxtəlif bioaktiv maddələrlə zəngindir. Tərkibindəki bir çox vitamin olduğu üçün, o asanlıqla multivitaminli preparatları əvəzləyə bilir. Məsələn, yergilasında bildiyimiz limondan düz 2 qat çox vitamin C var!
    Meyvənin faydalı xüsusiyyətlərindən onun antiseptik, ağrıkəsici və soyuqdəymə əleyhinə, eləcə də davamlı istifadədə öd-sidik qovucu və qan saxlayıcı təsir göstərməsini qeyd etmək olar.

  • Qırmızı portağal

    Əsasən İtaliyanın Siciliya adasında yetişdirilən və qan qırmızısı rənginə görə “qanlı portağal” kimi tanınan bu qeyri-adi portağal növünün rəngi, məşhur Etna vulkanına yaxın yerləşməsi və yetişdiyi bölgədəki spesifik iqlim şərtləri ilə izah olunur. Adi portağala nisbətən daha kiçik olan bu növün meyvələri bol sulu, yüngül moruq notlu şirin və dolğun sitrus dada malikdir.

    Tərkibində ehtiva etdiyi karotin, antosian, kalium, selen, maqnezium, natrium, dəmir, kalsium, A və B, E, C qrupu vitaminləri, eləcə də fitonisidlər və antioksidantlar sayəsində qırmızı portağal immuniteti gücləndirir, hemoqlobin ifrazına təkan verir, mədə-bağırsaq sisteminin fəaliyyətini və dəmir həzmini yaxşılaşdırır, soyuqdəymə və nəfəs sistemi xəstəlikləri əleyhinə müsbət təsir göstərir, bədəndən zərərli toksinləri çıxarır, yaşlanma proseslərini ləngidir, təzyiqi və ürəyin iş prosesini normallaşdırır və artıq çəki ilə mübarizə aparanlara yardımçı olur.

  • Dragon fruit Pitaya sarı – 1 ədəd

    Qeyri-adi qabıqlı görünüşünə görə “Əjdaha meyvəsi” kimi tanınan pitahayanın insan orqanizmi üçün faydasını saymaqla bitməz. Tərkibindəki yüksək miqdarda lif, maqnezium, dəmir, C və E vitaminləri, polifenollar, karotinoidlər və betasianinlər həzmi sürətləndirir, ürək və damar sisteminə müsbət təsir göstərir, sümükləri gücləndirir, qan şəkərini tənzimləyir və sinir sisteminin fəaliyyətini qaydaya salır. Bundan əlavə, pitahayadaki antioksidantlar hüceyrələri azad radikallardan qoruyaraq, yaşlanma prosesini ləngidir və xərçəng, şəkərli diabet və artrit kimi xəstəliklərə qarşı profilaktik maddə kimi çıxış edir. 100 qramında cəmi 63 kalori olan bu tropik meyvənin gündəlik norması 200-230 qram olduğu üçün, onu həmçinin pəhriz vaxtı da dadlı bir atışdırmalıq kimi istifadə etmək olar.

    Luxfood sizə kivi, şaftalı və qarpız qarışığı dadan bu meyvəni mövcud 3 növdə – qırmızı, qırmızı içlikli qırmızı və sarı – təklif edir.

  • Mandarin – La Provencale F/L Clementine – 1 kq

    Portağal və naringinin hibridləşməsindən alınmış klementinlər, xaricdən yenə naringiyə bənzər incə parlaq qabıqlı sitrus meyvələrinə aid edilir.

    Meyvələrin tərkibi C, B6, D vitaminləri, natrium, kalsium, maqnezium, dəmir kimi minerallarla zəngindir. Bu birləşmələr mədə-bağırsaq xəstəlikləri, immun sistemin zəifləməsi, maddələr mübadiləsinin pozulması müşahidə olunan orqanizmlər üçün çox faydalıdır. Klementin şirəsindən istifadə saçların və dərinin güclənməsinə, bərpasına və parıldamasına xidmət edir, eləcə də yaşlanmanın qarşısını alır. İçindəki efir yağları isə antidepressant təsir göstərərək, əhval-ruhiyyənin yaxşılaşmasına gətirib çıxarır.

Shopping Cart 0
No products in the cart.
Çeşidlə: