Tərəvəzlər
-
Razyana kökü – fenxel
Görünüşcə şüyüdü, dad olaraq isə adi cirəgülünü xatırladan razyana bitkisi həqiqətən də unikaldır. El arasında boyana kimi də tanınan bu bitkinin həm kökü, həm yarpaqları, həm də toxumları fərqli məqsədlər üçün istifadə edilir. Razyananın xırtıldayan soğanları italyan və çin mətbəxinin əvəzolunmaz komponentlərindən olub, ət və balıq xörəklərində, eləcə də bişintilərdə geniş istifadə edilir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, razyananın metabolizmi sürətləndirmə xüsusiyyətinə görə, onu “arıqlama bitkisi” də adlandırırlar.
-
Qarışıq salat Bonduelle 500 qr
Hamımızın sevimlisi “Bonduelle” brendindən olan bu xırtıldayan göyərti növlərindən ibarət təzə qarışıq, tərəvəz salatlarınız üçün bir tapıntıdır. Bağlama doğranmış qıvırcıq və Mache kahısı növlərindən, eləcə də Chioggia xörək çuğundurundan ibarətdir.
Yumağa, qurulamağa ehtiyac yoxdur – birbaşa boşqaba əlavə edib, üzərinə zövqə görə sous gəzdirib, qarışdırın və hazırdır!
-
Üçrəngli çerri pomidorları 250 qr
Bildiyimiz çerri pomidorlarının 3 fərqli rəngi tərəvəz salatlarınıza əlvan rənglər və şirin notlar qatacaqdır.
-
Sarı gül kələmi
Gül kələminin ən fərqli növlərindən biri də sarı gül kələmidir ki, ona bəzən tünd sarı rənginə görə “portağal” və ya “çeddar” (pendiri) kələmi deyirlər. Bu rəng kələmin tərkibindəki beta-karotinin təbii çoxluğu ilə izah olunur ki, buna görə sarı gül kələmindəki A vitamininin miqdarı adi ağ gül kələmi ilə müqayisədə 25% daha çoxdur.
-
Əkin indausu – rukkola 200 qr
Əkin indausu – rukkola
A, C, E, K və B qrup vitaminləri, natrium, sink, maqnezium, mis, fosfor, dəmir, selen, manqan kimi minerallarla zəngin, hamımızın salatlardan və ət yeməklərindən “rukkola” kimi tanıdığımız əkin indausu, eyni zamanda aşağı kalorili bir məhsuldur. Belə ki, bu göyərtinin 100 qramında cəmi 25 kalori, eləcə də çox miqdarda lif var – bu da onu sağlam qidalananlar və pəhriz saxlayanlar üçün tez doydurucu sağlam bir məhsul edir. -
Enoki Göbələyi Enoki Mushroom – 100 qr
Enoki və ya el arasında tanınmış adı ilə “qızılı iynələr”, Asiyalı həkimlərin ən faydalı hesab etdiyi göbələk növüdür. Təklif etdiyimiz bu qeyri-adi göbələklər xüsusi qaranlıq şəraitdə, Şimali Koreyada yetişdirilir. İncə, xırtıldayan dadlı, yüngülvarı şirin-meyvəli ətrə malik enoki göbələkləri qidaya həm çiy, həm də az bişmiş formada istifadə olunur.
“Qızılı iynələrin” tərkibindəki selen və B qrupu vitaminləri immuniteti və sinir sistemini gücləndirərək, antistress təsir göstərir, eləcə də qalxanabənzər vəzin fəaliyyətinə köməklik edərək, xərçəngin yaranma ehtimalını aradan qaldırır; kalium və maqnezium ürək və damarların sağlamlığına dəstək olub, xolesterini aşağı salır, qan dövranını yaxşılaşdırır, təzyiqi normalaşdırır və qanyaratma prosesinində iştirak edir; D, D2, E vitaminləri və lif isə mədə-bağırsaq traktının sağlamlığına müsbət təsir göstərirək, həzm sistemini yaxşılaşdırır, qəbzi aradan qaldırır və mədə xorasının yaranma ehtimalını azaldır. Bunlardan əlavə, enoki göbələkləri zülallarla zəngin (100 qramda 2,4 qram) və aşağı kalorili bir məhsuldur – xüsusən vegetarianlar və veqanlar üçün əsl tapıntıdır!