Dəniz Məhsulları
Avropadan lüks və keyfiyyətli dəniz məhsulları sifarişi
-
Dərisiz, sümüksüz, qızılbalıq steyki 180 qr
Qızılbalığın hazırlanmasındaki ən əsas və vacib məqam, balığın dadını vurğulayıb, keyfiyyətinə təsir etməməkdir. Bunun üçün də hazırlıq zamanı temperatur rejimlərinə riayət etmək lazımdır. Məsələn, medium hazırlanma dərəcəsi 37-45°C, medium well isə 45-53°C aralığında olmalı, 63°C keçməməlidir – əks təqdirdə balıq tərkibindəki mayeni itirərək, dadsızlaşmağa başlayacaq.
Luxfood sizə dərisiz, sümüksüz seçmə qızılbalıq steykləri təklif edir ki, siz bunları həm qrildə, həm sobada, həm də tavada müxtəlif hazırlanma dərəcələrini nəzərə alaraq, istədiyiniz qızartma dərəcəsinədək bişirə bilərsiniz!
-
Bişmiş lobster 400 qr
Azkalorili sağlam zülal mənbəyi sayılan lobster (omar) ətində olan xolesterin və yağların miqdarı, bişmiş mal əti və toyuq filesində olandan nisbətən azdır. Bu xərçəng növü Omeqa-3, amin turşuları, kalium, maqnezium, B12, B6, B3, B2 vitaminləri və A provitamini, eləcə də kalsium, dəmir, fosfor və sinklə zəngindir. Davamlı olaraq omar ətindən istifadə, ağciyər, düz bağırsaq və prostat vəzinin xərçəngi kimi bir sıra onkoloji xəstəliklərə yaxalanma riskini azaldır, hüceyrələrin böyüməsinə və normal fəaliyyətinə, qanyaratma prosesləri və immun sisteminin güclənməsinə təsir edir.
Sizə təklif etdiyimiz bişmiş dondurulmuş lobsterlər Atlantik okeanın şimal-qərbində tutulub, Kanadada qablaşdırılır. İstifadəyə hazır şəkildə satılır.
-
İrland Kröz stiridiyası №2 – 50 ədədli – 6 kq
Geniş çeşidli dəniz məhsullarımızın arasında stiridiyalar xüsusi yer tutur. Bu xüsusi, bir qədər qeyri-adi, misilsiz dada malik incə delikates, sağlam və faydalı qidalanmaya üstünlük verən qurmanlar arasında xeyli qiymətlənir. Ənənəvi olaraq çiy halda, üzərinə limon sıxılaraq, birbaşa qabığından yeyilən bu məhsulu həmçinin bişmiş, soyudulmuş, sobada hazırlanmış, klyarda qızardılmış ya da xüsusi sousda və ya ağ şərabda hazırlanmış şəkildə də istifadə edirlər. Əlbəttə, stiridiyaları tərkibindəki zülallar, karbohidratlar, qiymətli yağlar, yod, sink, fosfor, mis, dəmir, kalsium kimi minerallar, qlikogen, nikotin turşusu, A, B, C, PP qrupu vitaminləri, doymamış yağ turşuları və daha bir çox faydalı qida komponentlərini qoruyub saxlamaq üçün çiy halda yeməyə üstünlük verilir.
-
Qarışıq salat Bonduelle 500 qr
Hamımızın sevimlisi “Bonduelle” brendindən olan bu xırtıldayan göyərti növlərindən ibarət təzə qarışıq, tərəvəz salatlarınız üçün bir tapıntıdır. Bağlama doğranmış qıvırcıq və Mache kahısı növlərindən, eləcə də Chioggia xörək çuğundurundan ibarətdir.
Yumağa, qurulamağa ehtiyac yoxdur – birbaşa boşqaba əlavə edib, üzərinə zövqə görə sous gəzdirib, qarışdırın və hazırdır!
-
Dorado dəniz çapağı
Əsasən Aralıq dənizindən tutulan “dorado” çapaq balığını Yunanıstan və Türkiyədə yetişdirirlər. Təzə halda çatdırılan bu dəniz balığının əti çox incə və ətirli olur. Xüsusi bir hazırlanma qaydası yoxdur – istədiyiniz kimi bişirə bilərsiniz.
Bir balıq ortalama 400 – 600 qram arası olur.