Molyusklar və Xərçənglər
-
Bişmiş lobster 400 qr
Azkalorili sağlam zülal mənbəyi sayılan lobster (omar) ətində olan xolesterin və yağların miqdarı, bişmiş mal əti və toyuq filesində olandan nisbətən azdır. Bu xərçəng növü Omeqa-3, amin turşuları, kalium, maqnezium, B12, B6, B3, B2 vitaminləri və A provitamini, eləcə də kalsium, dəmir, fosfor və sinklə zəngindir. Davamlı olaraq omar ətindən istifadə, ağciyər, düz bağırsaq və prostat vəzinin xərçəngi kimi bir sıra onkoloji xəstəliklərə yaxalanma riskini azaldır, hüceyrələrin böyüməsinə və normal fəaliyyətinə, qanyaratma prosesləri və immun sisteminin güclənməsinə təsir edir.
Sizə təklif etdiyimiz bişmiş dondurulmuş lobsterlər Atlantik okeanın şimal-qərbində tutulub, Kanadada qablaşdırılır. İstifadəyə hazır şəkildə satılır.
-
İrland Kröz stiridiyası №2 – 50 ədədli – 6 kq
Geniş çeşidli dəniz məhsullarımızın arasında stiridiyalar xüsusi yer tutur. Bu xüsusi, bir qədər qeyri-adi, misilsiz dada malik incə delikates, sağlam və faydalı qidalanmaya üstünlük verən qurmanlar arasında xeyli qiymətlənir. Ənənəvi olaraq çiy halda, üzərinə limon sıxılaraq, birbaşa qabığından yeyilən bu məhsulu həmçinin bişmiş, soyudulmuş, sobada hazırlanmış, klyarda qızardılmış ya da xüsusi sousda və ya ağ şərabda hazırlanmış şəkildə də istifadə edirlər. Əlbəttə, stiridiyaları tərkibindəki zülallar, karbohidratlar, qiymətli yağlar, yod, sink, fosfor, mis, dəmir, kalsium kimi minerallar, qlikogen, nikotin turşusu, A, B, C, PP qrupu vitaminləri, doymamış yağ turşuları və daha bir çox faydalı qida komponentlərini qoruyub saxlamaq üçün çiy halda yeməyə üstünlük verilir.