Məhsullar
-
Enoki Göbələyi Enoki Mushroom – 100 qr
Enoki və ya el arasında tanınmış adı ilə “qızılı iynələr”, Asiyalı həkimlərin ən faydalı hesab etdiyi göbələk növüdür. Təklif etdiyimiz bu qeyri-adi göbələklər xüsusi qaranlıq şəraitdə, Şimali Koreyada yetişdirilir. İncə, xırtıldayan dadlı, yüngülvarı şirin-meyvəli ətrə malik enoki göbələkləri qidaya həm çiy, həm də az bişmiş formada istifadə olunur.
“Qızılı iynələrin” tərkibindəki selen və B qrupu vitaminləri immuniteti və sinir sistemini gücləndirərək, antistress təsir göstərir, eləcə də qalxanabənzər vəzin fəaliyyətinə köməklik edərək, xərçəngin yaranma ehtimalını aradan qaldırır; kalium və maqnezium ürək və damarların sağlamlığına dəstək olub, xolesterini aşağı salır, qan dövranını yaxşılaşdırır, təzyiqi normalaşdırır və qanyaratma prosesinində iştirak edir; D, D2, E vitaminləri və lif isə mədə-bağırsaq traktının sağlamlığına müsbət təsir göstərirək, həzm sistemini yaxşılaşdırır, qəbzi aradan qaldırır və mədə xorasının yaranma ehtimalını azaldır. Bunlardan əlavə, enoki göbələkləri zülallarla zəngin (100 qramda 2,4 qram) və aşağı kalorili bir məhsuldur – xüsusən vegetarianlar və veqanlar üçün əsl tapıntıdır! -
Təbii yoqurt – Minus L Natural Yogurt 3.8% Yağ – 400 qr
Təbii yoqurt – Minus L Natural Yogurt 3.8% Yağ – 400 qr
-
Dragon fruit Pitaya sarı – 1 ədəd
Qeyri-adi qabıqlı görünüşünə görə “Əjdaha meyvəsi” kimi tanınan pitahayanın insan orqanizmi üçün faydasını saymaqla bitməz. Tərkibindəki yüksək miqdarda lif, maqnezium, dəmir, C və E vitaminləri, polifenollar, karotinoidlər və betasianinlər həzmi sürətləndirir, ürək və damar sisteminə müsbət təsir göstərir, sümükləri gücləndirir, qan şəkərini tənzimləyir və sinir sisteminin fəaliyyətini qaydaya salır. Bundan əlavə, pitahayadaki antioksidantlar hüceyrələri azad radikallardan qoruyaraq, yaşlanma prosesini ləngidir və xərçəng, şəkərli diabet və artrit kimi xəstəliklərə qarşı profilaktik maddə kimi çıxış edir. 100 qramında cəmi 63 kalori olan bu tropik meyvənin gündəlik norması 200-230 qram olduğu üçün, onu həmçinin pəhriz vaxtı da dadlı bir atışdırmalıq kimi istifadə etmək olar.
Luxfood sizə kivi, şaftalı və qarpız qarışığı dadan bu meyvəni mövcud 3 növdə – qırmızı, qırmızı içlikli qırmızı və sarı – təklif edir.
-
Qara Lobya Feijao Preto – Black Bean – 500 qr
Qurudulmuş qara lobya təbii lif mənbəyi olmaqla yanaşı, həmçinin insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən zülallar və minerallarla zəngindir. Bu məhsuldan davamlı istifadə ürək-damar, sinir, immun və həzm sistemlərini, eləcə də sümüklərin vəziyyətini, görmə qabiliyyətini və dəri sağlamlığını yaxşılaşdırmağa, şəkərli diabet xəstələrində qandakı şəkərin tənzimlənməsində, qan təzyiqini aşağı salmağa, xərçəngin və anemiyanın qarşısını almağa və çəkini izləməyə köməklik edir.