Məhsullar
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
-
Kakao Cocoa Bio – 125 qr
Lüksemburqun “Naturata” brendindən sizlərə təklif etdiyimiz təbii kakao tozu, Mərkəzi və Cənubi Amerikada 100% orqanik şəkildə yetişdirilən kakao paxlasından alınır. Tərkibindəki kakao yağının miqdarı cəmi 11% təşkil etdiyi üçün, bu yüksək dərəcədə yağsızlaşdırılmış kakao tozunun təbii olaraq kəskin acı kakao dadı var. Bu kakaonu həm tortlarınızda və şokoladlı desertlərinizdə, həm də içməli tünd şokoladın hazırlanmasında rahatlıqla istifadə edə bilərsiniz.
-
Çili Çipsləri Tortilla Chips – Chili – 475 qr
Qarğıdalı unundan hazırlanıb, günəbaxan yağında açıq odda qızardılan tortilla çipsləri istənilən Meksika sayağı hazırlanan yeməyə ləziz bir əlavədir. Yanında damaq dadınıza uyğun sous ilə servis etdikdə, ailə və dostlu yığıncaqlarınız üçün həm dadlı, həm də faydalı bir qəlyanaltı kimi xidmət edir.
-
Dilimlənmiş Kolbasa Salami Milano – 70 qr
19-cu əsrin sonunda Kasa Sitterionun ənənəvi resepti əsasında yaranmış orijinal Milan salyamisi!
Bu incə doğranmış və ətirli ədviyyatlarla dadlandırılmış italyan ətindən hazırlanan salyami, əsl qurmanlara layiq bir delikatesdir.