Məhsullar
-
Duzlu karamel dadlı moti dondurma Little Moons 6 x 32 qr
Duzlu karamel dadlı moti dondurma Little Moons
LUXFOOD sizə İngiltərənin moti dondurmaları ilə məşhurlaşmış “Little Moons” brendinin moti çeşidlərini təqdim edir!
Himalay duzlu karamelli şirin dondurma toplarının incə və yumşaq moti xəmirinə bükülməsindən ərsəyə gələn moti dondurmaları ilə ləzzətin zirvəsini dadacağınıza əminik.
Bağlamadaki 6 motidən hər biri cəmi 79 kaloridir. Tərkibində süni dadlandırıcı, aromatizator və qoruyucu yoxdur. Məhsul qlütensiz və veqanların istifadəsi üçün tam uyğundur.
Digər dadlarla bağlı bizə yazın! -
Qara Zeytun Olives Black Kalamata – 300 qr
Yunanların məşhur Kalamata zeytunu özünəməxsus dadı və iri ölçüləri ilə seçilən süfrəlik qara zeytun çeşidlərindən biridir. Tünd bənövşəyi rəngə sahib bu zeytunun digər növlərdən fərqi onun ətrində, eləcə də normadan nisbətən daha az yağlı dənələrinin ətli olmasındadır. Üstəlik çox da yüngüldürlər!
-
Kakao Cocoa Bio – 125 qr
Lüksemburqun “Naturata” brendindən sizlərə təklif etdiyimiz təbii kakao tozu, Mərkəzi və Cənubi Amerikada 100% orqanik şəkildə yetişdirilən kakao paxlasından alınır. Tərkibindəki kakao yağının miqdarı cəmi 11% təşkil etdiyi üçün, bu yüksək dərəcədə yağsızlaşdırılmış kakao tozunun təbii olaraq kəskin acı kakao dadı var. Bu kakaonu həm tortlarınızda və şokoladlı desertlərinizdə, həm də içməli tünd şokoladın hazırlanmasında rahatlıqla istifadə edə bilərsiniz.