Məhsullar
-
Dərisiz, sümüksüz, qızılbalıq steyki 180 qr
Qızılbalığın hazırlanmasındaki ən əsas və vacib məqam, balığın dadını vurğulayıb, keyfiyyətinə təsir etməməkdir. Bunun üçün də hazırlıq zamanı temperatur rejimlərinə riayət etmək lazımdır. Məsələn, medium hazırlanma dərəcəsi 37-45°C, medium well isə 45-53°C aralığında olmalı, 63°C keçməməlidir – əks təqdirdə balıq tərkibindəki mayeni itirərək, dadsızlaşmağa başlayacaq.
Luxfood sizə dərisiz, sümüksüz seçmə qızılbalıq steykləri təklif edir ki, siz bunları həm qrildə, həm sobada, həm də tavada müxtəlif hazırlanma dərəcələrini nəzərə alaraq, istədiyiniz qızartma dərəcəsinədək bişirə bilərsiniz!
-
Tapioka unu (nişastası) 200 qr
Tapioka unu, Cənubi Amerikada təbii halda bitən maniok bitkisindən alınan nişasta məhsuludur. Bir sıra faydalı elementlərlə zəngin bu məhsulun tərkibindəki kolin qandakı şəkər səviyyəsini normallaşdırır, B qrupu vitaminləri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, kalsium və fosfor kimi minerallar isə sümük toxumalarının qurulmasında əsaslı rol oynayır. Demək olar ki, yağsız və tamamilə qlütensiz olan tapioka unu bədəndən artıq mayenin çıxarılmasını təmin edir, qan təzyiqini normallaşdırır və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.
Daxilindəki bir sıra şirintəhər, nişasta kimi axışqan birləşmələrin mövcudluğu bu unu müxtəlif sousların qatılaşdırılmasında, eləcə də fərqli krem-şorbaların və içliklərin hazırlanması üçün əlverişli edir. Bundan əlavə, tapiokanı bişintilərdə – pudinqlər, krep və fəsəlilər – istifadə etmək olar.
-
Karambola – ulduz meyvəsi
Kəsilmiş dilimləri ulduzu xatırladan bu meyvənin dadı təxmini olaraq motmotu, alma və xiyarın dad qarışığına bənzəyir. Lakin karambola təkcə maraqlı forması və qeyri-adi dadı ilə deyil, tərkibindəki dəmir, fosfor, kalium, natrium, kalsium və maqnezium, C və B qrupu vitaminləri və üzvi turşular kimi qidalanma dəyəri yüksək elementlərə görə qiymətlidir.
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
-
Bişmiş lobster 400 qr
Azkalorili sağlam zülal mənbəyi sayılan lobster (omar) ətində olan xolesterin və yağların miqdarı, bişmiş mal əti və toyuq filesində olandan nisbətən azdır. Bu xərçəng növü Omeqa-3, amin turşuları, kalium, maqnezium, B12, B6, B3, B2 vitaminləri və A provitamini, eləcə də kalsium, dəmir, fosfor və sinklə zəngindir. Davamlı olaraq omar ətindən istifadə, ağciyər, düz bağırsaq və prostat vəzinin xərçəngi kimi bir sıra onkoloji xəstəliklərə yaxalanma riskini azaldır, hüceyrələrin böyüməsinə və normal fəaliyyətinə, qanyaratma prosesləri və immun sisteminin güclənməsinə təsir edir.
Sizə təklif etdiyimiz bişmiş dondurulmuş lobsterlər Atlantik okeanın şimal-qərbində tutulub, Kanadada qablaşdırılır. İstifadəyə hazır şəkildə satılır.
-
Kapers Bio 120 qr
Kapers adlanan kəvər kollarının açılmamış gül qönçələrinin birinci sıxım zeytun yağındaki ədviyyatlı konservləri italyan, ispan, fransız və aralıq dənizi mətbəxlərində geniş istifadə olunur. Xoş xırçıldayan dada malik kaperslər səhər saatlarında, qönçələr hələ açılmamış tək-tək əl ilə yığılıb, yağda saxlanır. Bu məhsul salatlara, pizzalara və müxtəlif souslara xüsusi dad qatır.
-
Təzə toyuq filesi bio 2,5 kq
Belçikanın 30 ildən çoxdur ki, quş əti emalı üzrə aparıcı “Belki” brendindən geniş assortimentdə quş və quş əti məhsulları təqdim edirik.
Bu brendin toyuqları heyvan mənşəli əlavələr və yağlar olmayan, 100% tərəvəz tərkibli orqanik yemlərlə yedizdirilir, boy artıran, hormonal preparatlar və anaboliklər istifadə edilmədən təbii yol ilə yetişdirilir.
Toyuq filesinin ölçülərinə və çəkisinə görə 1 kiloqrama düşən ədəd sayı dəyişə bilir. Sifariş zamanı bu məqamı dəqiqləşdirməyiniz məsləhətdir.
-
Yergilası meyvəsi – fizalis
Fizalis kimi tanınan yergilası meyvəsi karbohidratlar, fruktoza, qlükoza və müxtəlif bioaktiv maddələrlə zəngindir. Tərkibindəki bir çox vitamin olduğu üçün, o asanlıqla multivitaminli preparatları əvəzləyə bilir. Məsələn, yergilasında bildiyimiz limondan düz 2 qat çox vitamin C var!
Meyvənin faydalı xüsusiyyətlərindən onun antiseptik, ağrıkəsici və soyuqdəymə əleyhinə, eləcə də davamlı istifadədə öd-sidik qovucu və qan saxlayıcı təsir göstərməsini qeyd etmək olar. -
Südlü şokoladlı çubuqlar Mikado 75 qr
Mikado südlü şokoladlı çubuqları hər yaşdaki şirinsevərlər üçün inanılmaz cəlbedici bir atışdırmalıqdır. Üçqat südlü Belçika şokoladı ilə örtülmüş incə xırçıldayan biskvit çubuqları tam olaraq ağızda əriyir. Üstəlik bu ləziz qəlyanaltı görünüşü ilə fərqlənir – belə ki, istehsalçı çubuqların dörddə bir hissəsini şokolada batırmayaraq, bu təamdan zövq aldığınız zaman əllərinizin şokolada batmayacağını nəzərə almışdır. Bu da çubuqları istədiyiniz yerdə rahatlıqla yeyə bilərsiniz deməkdir.
-
Razyana kökü – fenxel
Görünüşcə şüyüdü, dad olaraq isə adi cirəgülünü xatırladan razyana bitkisi həqiqətən də unikaldır. El arasında boyana kimi də tanınan bu bitkinin həm kökü, həm yarpaqları, həm də toxumları fərqli məqsədlər üçün istifadə edilir. Razyananın xırtıldayan soğanları italyan və çin mətbəxinin əvəzolunmaz komponentlərindən olub, ət və balıq xörəklərində, eləcə də bişintilərdə geniş istifadə edilir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, razyananın metabolizmi sürətləndirmə xüsusiyyətinə görə, onu “arıqlama bitkisi” də adlandırırlar.
-
Qırmızı düyü Kamarq 1 kq
Cənubi Fransanın Kamarq bölgəsində yetişdirilən bu qırmızı düyü növü, kəskin qozlu tamı, təbii çeynək teksturası və yüksək miqdarda antioksidant və lifdən ibarət tərkibi ilə seçilir. Hazırlanma zamanı düyü dənləri formasını qoruyur, yaxşıca bişir və asan həzm olunur. Qırmızı düyü tərəvəzli, ətli və göbələkli yeməklərin yanına yaxşı yaraşır.
-
Topinambur – yer armudu
Görünüşcə kartofa oxşayan və topinambur kimi tanınan yer armudunun faydaları saymaqla bitməz. Tərkibindəki bir sıra vitaminlər, minerallar, pektinlər və amin turşuları sayəsində bu möcüzəvi məhsul həm mədə-bağırsaq sisteminə və oynaqlara müsbət təsir göstərir, həm 2-3 ay ərzində qəbul edildikdə, orqanizmi toksinlər, şlaklar və ağır metalların duzları kimi zərərli maddələrdən təmizləyərək, xroniki intoksikasiyanın əlamətlərini aradan qaldırır, həm də qanda qlükoza səviyyəsini azaldır. Həmçinin, xoş, şirin dada malik olması səbəbi ilə yer armudundan kompot və kisellərin hazırlanmasında istifadə edə bilərsiniz.
-
Qoji giləmeyvəsi bio 250 qr
Kiçik qırmızı yumşaq meyvələrinə görə “Qurd üzümü” kimi tanınan Tibet mənşəli qoji giləmeyvəsi, tərkibindəki vitaminlər və minerallar baxımından diqqətə layiqdir. Qida rasionunuza əlavə edildiyi təqdirdə, qoji meyvələri sizin immunitetinizi gücləndirir, vitaminləri sayəsində orqanizminizi qrip virusuna qarşı qoruyur, sərbəst radikallar sayəsində yaşlanma əleyhinə təsir göstərərək, dəri qırışlarını azaldır, antioksidantlar sayəsində hüceyrələri zərərli maddələrdən qoruyur, görmə qabiliyyətini və dərinin görünüşünü yaxşılaşdırır, insulin müqavimətini və qandakı xolesterin səviyyəsini tənzimləyir, yuxu keyfiyyətini artırır, eləcə də stress və yorğunluğu aradan qaldırır. Pəhrizdə olanlar və sağlam qidalanmağa önəm verənlər üçün uyğundur.
-
İrland Kröz stiridiyası №2 – 50 ədədli – 6 kq
Geniş çeşidli dəniz məhsullarımızın arasında stiridiyalar xüsusi yer tutur. Bu xüsusi, bir qədər qeyri-adi, misilsiz dada malik incə delikates, sağlam və faydalı qidalanmaya üstünlük verən qurmanlar arasında xeyli qiymətlənir. Ənənəvi olaraq çiy halda, üzərinə limon sıxılaraq, birbaşa qabığından yeyilən bu məhsulu həmçinin bişmiş, soyudulmuş, sobada hazırlanmış, klyarda qızardılmış ya da xüsusi sousda və ya ağ şərabda hazırlanmış şəkildə də istifadə edirlər. Əlbəttə, stiridiyaları tərkibindəki zülallar, karbohidratlar, qiymətli yağlar, yod, sink, fosfor, mis, dəmir, kalsium kimi minerallar, qlikogen, nikotin turşusu, A, B, C, PP qrupu vitaminləri, doymamış yağ turşuları və daha bir çox faydalı qida komponentlərini qoruyub saxlamaq üçün çiy halda yeməyə üstünlük verilir.
-
Qarışıq salat Bonduelle 500 qr
Hamımızın sevimlisi “Bonduelle” brendindən olan bu xırtıldayan göyərti növlərindən ibarət təzə qarışıq, tərəvəz salatlarınız üçün bir tapıntıdır. Bağlama doğranmış qıvırcıq və Mache kahısı növlərindən, eləcə də Chioggia xörək çuğundurundan ibarətdir.
Yumağa, qurulamağa ehtiyac yoxdur – birbaşa boşqaba əlavə edib, üzərinə zövqə görə sous gəzdirib, qarışdırın və hazırdır!
-
Kinder Pingui 30 qr x 4
Kinder Pinguì təbii mayalanmış yumşaq biskvit, zərif südlü içlik və xırtıldayan tünd şokolad örtüyündən ibarət unikal bir qəlyanaltıdır. Hər ailənin sevimlisinə çevrilmiş Pingui, qoruyucu və rəngləndirici maddə olmadan, “Kinder”in ənənəvi dəyərlərinə uyğun xüsusi diqqətlə seçilmiş inqrediyentlərdən hazırlanır.