Məhsullar
-
Mavigiləli yoqurt – Pur Natur bio-yoqurt 500 qr
Belçikanın sevilən tam yağlı bio-orqanik mavigiləli yoqurt növünü indi daha böyük ölçülü qablaşdırmada təqdim edirik!
-
Üçrəngli çerri pomidorları 250 qr
Bildiyimiz çerri pomidorlarının 3 fərqli rəngi tərəvəz salatlarınıza əlvan rənglər və şirin notlar qatacaqdır.
-
Qlütensiz un 1 kq
LUXFOOD sizə Almaniyanın qlütensiz məhsullar istehsalçısı “Schär” brendindən qlütensiz un qarışığını təqdim edir!
Makaronlardan tutmuş, krep, pankeyk və sair bişintilərin, müxtəlif sousların və kremlərin hazırlanmasında istifadə edilən bu un sağlam və qlütensiz qidalanmaya üstünlük verən hər kəsin mətbəxində əvəzolunmaz məhsuldur.
-
Sarı gül kələmi
Gül kələminin ən fərqli növlərindən biri də sarı gül kələmidir ki, ona bəzən tünd sarı rənginə görə “portağal” və ya “çeddar” (pendiri) kələmi deyirlər. Bu rəng kələmin tərkibindəki beta-karotinin təbii çoxluğu ilə izah olunur ki, buna görə sarı gül kələmindəki A vitamininin miqdarı adi ağ gül kələmi ilə müqayisədə 25% daha çoxdur.
-
Dorado dəniz çapağı
Əsasən Aralıq dənizindən tutulan “dorado” çapaq balığını Yunanıstan və Türkiyədə yetişdirirlər. Təzə halda çatdırılan bu dəniz balığının əti çox incə və ətirli olur. Xüsusi bir hazırlanma qaydası yoxdur – istədiyiniz kimi bişirə bilərsiniz.
Bir balıq ortalama 400 – 600 qram arası olur.
-
Qırmızı portağal
Əsasən İtaliyanın Siciliya adasında yetişdirilən və qan qırmızısı rənginə görə “qanlı portağal” kimi tanınan bu qeyri-adi portağal növünün rəngi, məşhur Etna vulkanına yaxın yerləşməsi və yetişdiyi bölgədəki spesifik iqlim şərtləri ilə izah olunur. Adi portağala nisbətən daha kiçik olan bu növün meyvələri bol sulu, yüngül moruq notlu şirin və dolğun sitrus dada malikdir.
Tərkibində ehtiva etdiyi karotin, antosian, kalium, selen, maqnezium, natrium, dəmir, kalsium, A və B, E, C qrupu vitaminləri, eləcə də fitonisidlər və antioksidantlar sayəsində qırmızı portağal immuniteti gücləndirir, hemoqlobin ifrazına təkan verir, mədə-bağırsaq sisteminin fəaliyyətini və dəmir həzmini yaxşılaşdırır, soyuqdəymə və nəfəs sistemi xəstəlikləri əleyhinə müsbət təsir göstərir, bədəndən zərərli toksinləri çıxarır, yaşlanma proseslərini ləngidir, təzyiqi və ürəyin iş prosesini normallaşdırır və artıq çəki ilə mübarizə aparanlara yardımçı olur.
-
Pesto Ligure sousu 120 qr
Reyhandan hazırlanan ənənəvi pesto pastasını əlavə şam qozalı, incə parmezan pendirli və sarımsaqlı təsəvvür edin. Mmm… ləzzət! Pesto Ligure pastası makaronlu yeməklərinizi dadlandırmaqla yanaşı, həmçinin salatlar, ət və balıq xörəkləri, hətta sadəcə qızardılmış çörək dilimləri ilə belə çox uyumlu olacaq!
-
Yapon mayonezi Kewpie 450 qr
Əfsanəvi “Kewpie” brendinin yapon mayonezi dolğun və parlaq dadı ilə həm sendviçləriniz, həm salatlarınız, həm də tərəvəzli souslarınız indi daha ləziz olacaq!
Umami dadına görə tanınan bu mayonez, tam yumurtadan istifadə edilərək hazırlanan digər mayonez növlərindən fərqli olaraq, sırf yumurta sarısından və soya yağından hazırlanır, buna görə də özünəməxsus qaymaqlı teksturaya malikdir. Üstəlik qoruyucu olaraq da tərkibində zərərli kimyəvi maddələr yoxdur, sadəcə sirkə və duz.
-
Əkin indausu – rukkola 200 qr
Əkin indausu – rukkola
A, C, E, K və B qrup vitaminləri, natrium, sink, maqnezium, mis, fosfor, dəmir, selen, manqan kimi minerallarla zəngin, hamımızın salatlardan və ət yeməklərindən “rukkola” kimi tanıdığımız əkin indausu, eyni zamanda aşağı kalorili bir məhsuldur. Belə ki, bu göyərtinin 100 qramında cəmi 25 kalori, eləcə də çox miqdarda lif var – bu da onu sağlam qidalananlar və pəhriz saxlayanlar üçün tez doydurucu sağlam bir məhsul edir. -
Duzlu karamel dadlı moti dondurma Little Moons 6 x 32 qr
Duzlu karamel dadlı moti dondurma Little Moons
LUXFOOD sizə İngiltərənin moti dondurmaları ilə məşhurlaşmış “Little Moons” brendinin moti çeşidlərini təqdim edir!
Himalay duzlu karamelli şirin dondurma toplarının incə və yumşaq moti xəmirinə bükülməsindən ərsəyə gələn moti dondurmaları ilə ləzzətin zirvəsini dadacağınıza əminik.
Bağlamadaki 6 motidən hər biri cəmi 79 kaloridir. Tərkibində süni dadlandırıcı, aromatizator və qoruyucu yoxdur. Məhsul qlütensiz və veqanların istifadəsi üçün tam uyğundur.
Digər dadlarla bağlı bizə yazın! -
Barilla Coquillettes
Barilla qlütensiz makaron çeşidələri
Bütün ailələrin sevimli makaron brendi “Barilla”-nın qlütensiz seriyasını təqdim edirik!
Qarğıdalı və düyü unlarından hazırlanan bu ləziz makaron çeşidləri, ənənəvi makaronlardan nə dad, nə də tekstura baxımından fərqlənməyərək, daha sağlam qidalanmağınıza zəmin yaradır. -
Barilla Fusilli
Barilla qlütensiz makaron çeşidələri
Bütün ailələrin sevimli makaron brendi “Barilla”-nın qlütensiz seriyasını təqdim edirik!
Qarğıdalı və düyü unlarından hazırlanan bu ləziz makaron çeşidləri, ənənəvi makaronlardan nə dad, nə də tekstura baxımından fərqlənməyərək, daha sağlam qidalanmağınıza zəmin yaradır. -
Barilla Spaghetti No.5
Barilla qlütensiz makaron çeşidələri
Bütün ailələrin sevimli makaron brendi “Barilla”-nın qlütensiz seriyasını təqdim edirik!
Qarğıdalı və düyü unlarından hazırlanan bu ləziz makaron çeşidləri, ənənəvi makaronlardan nə dad, nə də tekstura baxımından fərqlənməyərək, daha sağlam qidalanmağınıza zəmin yaradır. -
Şokoladlı dondurma brauni ilə Ben & Jerry’s 12 x 100 ml
Amerikanın sevilən dondurma brendi “Ben & Jerry’s”-nin dondurmalarının bütün çeşidləri artıq bizdə!
İlk təklifimiz isə braunil şokoladlı növü – Nyu-York çörəkçilərindən Greystor Bakery-də bişən şokoladlı brauni parçalarının, brendin möhtəşəm ev-üsulu ilə hazırlanan şokoladlı dondurması ilə birləşməsini təsəvvür edin. Mütləq sınamalısınız!
Brendin digər dondurma çeşidləri üçün bizə yazın.
Minimal sifariş – 3 ədəd
-
Emmental holland pendiri doğranmış Vergeer 175 qr
Emmental holland pendiri doğranmış Vergeer
Niderlandın 1934-cü ildən bu yana adi pendiri xüsusi etmək üçün çalışan “Vergeer” brendinin holland pendirləri müştərilərimiz arasında çox sevilir.
Yüngül qozlu tama malik emmental pendirinin də günəşli günlərin kefini çıxarmaq üçün ailəniz və sevdiklərinizlə etdiyiniz səhər yeməkləri və pikniklərdə hazırlayacağınız sendviçlərə fərqli dad qatacağına əminik!
Qablaşdırmada 12 dilim.