Alpro
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
-
Qarışıq salat Bonduelle 500 qr
Hamımızın sevimlisi “Bonduelle” brendindən olan bu xırtıldayan göyərti növlərindən ibarət təzə qarışıq, tərəvəz salatlarınız üçün bir tapıntıdır. Bağlama doğranmış qıvırcıq və Mache kahısı növlərindən, eləcə də Chioggia xörək çuğundurundan ibarətdir.
Yumağa, qurulamağa ehtiyac yoxdur – birbaşa boşqaba əlavə edib, üzərinə zövqə görə sous gəzdirib, qarışdırın və hazırdır!
-
Kinder Pingui 30 qr x 4
Kinder Pinguì təbii mayalanmış yumşaq biskvit, zərif südlü içlik və xırtıldayan tünd şokolad örtüyündən ibarət unikal bir qəlyanaltıdır. Hər ailənin sevimlisinə çevrilmiş Pingui, qoruyucu və rəngləndirici maddə olmadan, “Kinder”in ənənəvi dəyərlərinə uyğun xüsusi diqqətlə seçilmiş inqrediyentlərdən hazırlanır.
-
Alpro Bio soya südü – 1 L
İnək südünün bitki mənşəli alternativi olan soya südü səhər yeməyində, aralıq atışdırmalarda və ya sadəcə çay-qəhvəyə qataraq istifadə etmək üçün əlverişlidir.
-
Şokoladlı soya içkisi – Alpro Soja Drink Chocolate – 6ədəd – 250 qr
“Alpro”-nun bitki əsaslı bu soya içkisi qarşısıalınmaz şokolad dadına malikdir.
Yüksək keyfiyyətli B2 və D vitaminləri, kalsium və zülal mənbəyi olan bu qlütensiz və laktozsuz südə əla alternativ olan içkini daima soyuducunuzda saxlamanızı tövsiyə edirik!