• Kakao Cocoa Bio – 125 qr

    Lüksemburqun “Naturata” brendindən sizlərə təklif etdiyimiz təbii kakao tozu, Mərkəzi və Cənubi Amerikada 100% orqanik şəkildə yetişdirilən kakao paxlasından alınır. Tərkibindəki kakao yağının miqdarı cəmi 11% təşkil etdiyi üçün, bu yüksək dərəcədə yağsızlaşdırılmış kakao tozunun təbii olaraq kəskin acı kakao dadı var. Bu kakaonu həm tortlarınızda və şokoladlı desertlərinizdə, həm də içməli tünd şokoladın hazırlanmasında rahatlıqla istifadə edə bilərsiniz.

  • Dilimlənmiş Kolbasa Salami Milano – 70 qr

    19-cu əsrin sonunda Kasa Sitterionun ənənəvi resepti əsasında yaranmış orijinal Milan salyamisi!

    Bu incə doğranmış və ətirli ədviyyatlarla dadlandırılmış italyan ətindən hazırlanan salyami, əsl qurmanlara layiq bir delikatesdir.

  • Kolbasa – Citterio – Mortadella Bologno PGI – 70 qr

    Kökləri İtaliyanın Bolonya şəhərinə gedib çıxan bu bişmiş kolbasa növü, italyan “Citterio” brendi tərəfindən bu gün də orta əsr ənənələrinə sadiq qalaraq hazırlanır. Kolbasanın hər dilimi dadanlara onun sanki indicə doğranmış kimi ətrini və keyfiyyətini hiss etdirir.

Shopping Cart 0
No products in the cart.
Çeşidlə: