Citterio
-
Qarışıq salat Bonduelle 500 qr
Hamımızın sevimlisi “Bonduelle” brendindən olan bu xırtıldayan göyərti növlərindən ibarət təzə qarışıq, tərəvəz salatlarınız üçün bir tapıntıdır. Bağlama doğranmış qıvırcıq və Mache kahısı növlərindən, eləcə də Chioggia xörək çuğundurundan ibarətdir.
Yumağa, qurulamağa ehtiyac yoxdur – birbaşa boşqaba əlavə edib, üzərinə zövqə görə sous gəzdirib, qarışdırın və hazırdır!
-
Duzlu karamel dadlı moti dondurma Little Moons 6 x 32 qr
Duzlu karamel dadlı moti dondurma Little Moons
LUXFOOD sizə İngiltərənin moti dondurmaları ilə məşhurlaşmış “Little Moons” brendinin moti çeşidlərini təqdim edir!
Himalay duzlu karamelli şirin dondurma toplarının incə və yumşaq moti xəmirinə bükülməsindən ərsəyə gələn moti dondurmaları ilə ləzzətin zirvəsini dadacağınıza əminik.
Bağlamadaki 6 motidən hər biri cəmi 79 kaloridir. Tərkibində süni dadlandırıcı, aromatizator və qoruyucu yoxdur. Məhsul qlütensiz və veqanların istifadəsi üçün tam uyğundur.
Digər dadlarla bağlı bizə yazın! -
Pendir Red Cheddar – 250 qr
Məşhur Wyke brendi Böyük Britaniyanın mərkəzində 160 ildən artıqdır ki, orijinal pendir istehsalı ilə məşğuldur.
Cəsarətli və xarakterik dada nail olmaq üçün bu pendir 15 aydan çox müddətə tam yetişməyə buraxılır.
Tam bir nəfis şərab kimi! Yumuşaq çeddar pendirini, arzuladığınız bütün yemək və şirniyyat reseptlərində istifadə edə bilərsiniz. İnək südündən hazırlanmış Wyke pendirləri, Veqanların istifadəsi üçündə tam uyğundur!
-
Dilimlənmiş Kolbasa Salami Milano – 70 qr
19-cu əsrin sonunda Kasa Sitterionun ənənəvi resepti əsasında yaranmış orijinal Milan salyamisi!
Bu incə doğranmış və ətirli ədviyyatlarla dadlandırılmış italyan ətindən hazırlanan salyami, əsl qurmanlara layiq bir delikatesdir.