Cuisine Noblesse
-
Qırmızı düyü Kamarq 1 kq
Cənubi Fransanın Kamarq bölgəsində yetişdirilən bu qırmızı düyü növü, kəskin qozlu tamı, təbii çeynək teksturası və yüksək miqdarda antioksidant və lifdən ibarət tərkibi ilə seçilir. Hazırlanma zamanı düyü dənləri formasını qoruyur, yaxşıca bişir və asan həzm olunur. Qırmızı düyü tərəvəzli, ətli və göbələkli yeməklərin yanına yaxşı yaraşır.
-
Şokoladlı süd – Muh Chocolate Milk 3.5% Yağ – 500 ml
Zərif təzə südə qarışmış kəskin kakao dadı ilə fərqlənən bu kakaolu süd seçmə kakao paxlalarından alınan tozla hazırlanır. Ləziz dadı ilə yanaşı, həmçinin kalsium, zülallar və vitaminlər kimi qidalandırıcı maddələrlə zəngin kakaolu süd stəkanından nəinki uşaqlar, heç böyüklər də vaz keçə bilməz!
-
Qara Zeytun Olives Black Kalamata – 300 qr
Yunanların məşhur Kalamata zeytunu özünəməxsus dadı və iri ölçüləri ilə seçilən süfrəlik qara zeytun çeşidlərindən biridir. Tünd bənövşəyi rəngə sahib bu zeytunun digər növlərdən fərqi onun ətrində, eləcə də normadan nisbətən daha az yağlı dənələrinin ətli olmasındadır. Üstəlik çox da yüngüldürlər!