Shopping Cart
6
Subtotal:
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
Duzlu karamel dadlı moti dondurma Little Moons
LUXFOOD sizə İngiltərənin moti dondurmaları ilə məşhurlaşmış “Little Moons” brendinin moti çeşidlərini təqdim edir!
Himalay duzlu karamelli şirin dondurma toplarının incə və yumşaq moti xəmirinə bükülməsindən ərsəyə gələn moti dondurmaları ilə ləzzətin zirvəsini dadacağınıza əminik.
Bağlamadaki 6 motidən hər biri cəmi 79 kaloridir. Tərkibində süni dadlandırıcı, aromatizator və qoruyucu yoxdur. Məhsul qlütensiz və veqanların istifadəsi üçün tam uyğundur.
Digər dadlarla bağlı bizə yazın!
İnək südünün bitki mənşəli alternativi olan soya südü səhər yeməyində, aralıq atışdırmalarda və ya sadəcə çay-qəhvəyə qataraq istifadə etmək üçün əlverişlidir.
“Alpro”-nun bitki əsaslı bu soya içkisi qarşısıalınmaz şokolad dadına malikdir.
Yüksək keyfiyyətli B2 və D vitaminləri, kalsium və zülal mənbəyi olan bu qlütensiz və laktozsuz südə əla alternativ olan içkini daima soyuducunuzda saxlamanızı tövsiyə edirik!
İnək südünün bitki mənşəli alternativi olan soya südü səhər yeməyində, aralıq atışdırmalarda və ya sadəcə çay-qəhvəyə qataraq istifadə etmək üçün əlverişlidir. Təbii orqanik dadı və xoş qaymaqlı teksturası ilə soya südü adi süddən heç də geri qalmır
Lüksemburqun “Naturata” brendindən sizlərə təklif etdiyimiz təbii kakao tozu, Mərkəzi və Cənubi Amerikada 100% orqanik şəkildə yetişdirilən kakao paxlasından alınır. Tərkibindəki kakao yağının miqdarı cəmi 11% təşkil etdiyi üçün, bu yüksək dərəcədə yağsızlaşdırılmış kakao tozunun təbii olaraq kəskin acı kakao dadı var. Bu kakaonu həm tortlarınızda və şokoladlı desertlərinizdə, həm də içməli tünd şokoladın hazırlanmasında rahatlıqla istifadə edə bilərsiniz.