• Kapers Bio 120 qr

    Kapers adlanan kəvər kollarının açılmamış gül qönçələrinin birinci sıxım zeytun yağındaki ədviyyatlı konservləri italyan, ispan, fransız və aralıq dənizi mətbəxlərində geniş istifadə olunur. Xoş xırçıldayan dada malik kaperslər səhər saatlarında, qönçələr hələ açılmamış tək-tək əl ilə yığılıb, yağda saxlanır. Bu məhsul salatlara, pizzalara və müxtəlif souslara xüsusi dad qatır.

  • Kinder Pingui 30 qr x 4

    Kinder Pinguì təbii mayalanmış yumşaq biskvit, zərif südlü içlik və xırtıldayan tünd şokolad örtüyündən ibarət unikal bir qəlyanaltıdır. Hər ailənin sevimlisinə çevrilmiş Pingui, qoruyucu və rəngləndirici maddə olmadan, “Kinder”in ənənəvi dəyərlərinə uyğun xüsusi diqqətlə seçilmiş inqrediyentlərdən hazırlanır.

  • Pesto Ligure sousu 120 qr

    Reyhandan hazırlanan ənənəvi pesto pastasını əlavə şam qozalı, incə parmezan pendirli və sarımsaqlı təsəvvür edin. Mmm… ləzzət! Pesto Ligure pastası makaronlu yeməklərinizi dadlandırmaqla yanaşı, həmçinin salatlar, ət və balıq xörəkləri, hətta sadəcə qızardılmış çörək dilimləri ilə belə çox uyumlu olacaq!

  • Kinder südlü desert Kinder Milchschnitte -28 qram

    Hamımızın sevimlisi olan “Kinder” brendinin ləziz və təravətləndirici Süd Dilimi bütün ailə üzvlərinin özü ilə götürəcəyi bir məhsuldur!

    İki yüngül şokoladlı biskvit qatı arasındaki ballı südlü içlikdən ibarət bu əfsanəvi sərin atışdırmalığın tərkibində rəngləndirici və konservant yoxdur. Soyuducuda saxlamağınız məsləhət görülür.

    Luxfood bütün “Kinder” məhsulları sizin qapınıza gətirir!

  • Batonçik Kinder Maxi King – 35 qr

    Düşünürük ki, əfsanəvi “Kinder” brendinin Kinder Maxi King-i barədə danışmaq yox, onu birbaşa dadmaq lazımdır!

    Bu xırçıldayan fındıq parçacıqları ilə inanılmaz dərəcədə ləziz, ağızda əriyən südlü şokolad ilə örtülmüş karamelli südlü içlikdən ibarət deserti sərində saxlayıb, dadlı atışdırmalıq kimi özünüzlə götürə bilərsiniz.

    Məhsul 3 ədədli bağlama şəklində satılır. Minimal sifariş sayı – 9 ədəd.

Shopping Cart 0
No products in the cart.
Çeşidlə: