• Tapioka unu (nişastası) 200 qr

    Tapioka unu, Cənubi Amerikada təbii halda bitən maniok bitkisindən alınan nişasta məhsuludur. Bir sıra faydalı elementlərlə zəngin bu məhsulun tərkibindəki kolin qandakı şəkər səviyyəsini normallaşdırır, B qrupu vitaminləri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, kalsium və fosfor kimi minerallar isə sümük toxumalarının qurulmasında əsaslı rol oynayır. Demək olar ki, yağsız və tamamilə qlütensiz olan tapioka unu bədəndən artıq mayenin çıxarılmasını təmin edir, qan təzyiqini normallaşdırır və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.

    Daxilindəki bir sıra şirintəhər, nişasta kimi axışqan birləşmələrin mövcudluğu bu unu müxtəlif sousların qatılaşdırılmasında, eləcə də fərqli krem-şorbaların və içliklərin hazırlanması üçün əlverişli edir. Bundan əlavə, tapiokanı bişintilərdə – pudinqlər, krep və fəsəlilər – istifadə etmək olar.

  • Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr

    Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!

    2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.

     

  • Kapers Bio 120 qr

    Kapers adlanan kəvər kollarının açılmamış gül qönçələrinin birinci sıxım zeytun yağındaki ədviyyatlı konservləri italyan, ispan, fransız və aralıq dənizi mətbəxlərində geniş istifadə olunur. Xoş xırçıldayan dada malik kaperslər səhər saatlarında, qönçələr hələ açılmamış tək-tək əl ilə yığılıb, yağda saxlanır. Bu məhsul salatlara, pizzalara və müxtəlif souslara xüsusi dad qatır.

  • Qarışıq salat Bonduelle 500 qr

    Hamımızın sevimlisi “Bonduelle” brendindən olan bu xırtıldayan göyərti növlərindən ibarət təzə qarışıq, tərəvəz salatlarınız üçün bir tapıntıdır. Bağlama doğranmış qıvırcıq və Mache kahısı növlərindən, eləcə də Chioggia xörək çuğundurundan ibarətdir.

    Yumağa, qurulamağa ehtiyac yoxdur – birbaşa boşqaba əlavə edib, üzərinə zövqə görə sous gəzdirib, qarışdırın və hazırdır!

  • Pesto Ligure sousu 120 qr

    Reyhandan hazırlanan ənənəvi pesto pastasını əlavə şam qozalı, incə parmezan pendirli və sarımsaqlı təsəvvür edin. Mmm… ləzzət! Pesto Ligure pastası makaronlu yeməklərinizi dadlandırmaqla yanaşı, həmçinin salatlar, ət və balıq xörəkləri, hətta sadəcə qızardılmış çörək dilimləri ilə belə çox uyumlu olacaq!

  • Çörək Çeşidləri – Pema Whole Wheat Bread – Assortment – 500 qr

    Çoxumuzun gündəlik qida rasionunda önəmli yer tutan çörək artıq qarnımızı doydurmaq üçün yeyilən bir qarnir növü kimi görülmür. Bu gün insanlar yedikləri çörəyin qida dəyəri və onun necə hazırlandığı ilə dərindən maraqlanır. Həm sağlam qidalananlar, həm də veqanlar üçün nəzərdə tutulan laktozsuz və soyasız tam taxıldan hazırlanan alman “PEMA” brendinin orqanik çörəklərini Luxfood artıq qapınıza gətirir!

    Brendin təklif etdiyi 6 çeşid tam taxıllı alman çörəyindən ibarət bu dəsti mövcud çörəklərin hamısını dadıb, ən çox bəyəndiyiniz növünü ayrıca sifariş verməyiniz üçün nəzərinizə çatdırırıq.
    Dəstə 2 çovdar çörəyi, 1 günəbaxan tumlu çovdar çörəyi, 2 kətan toxumlu çovdar çörəyi, 2 kəpəkli çovdar çörəyi, 2 yulaflı çovdar çörəyi və 1 uşaqlar üçün tam taxıllı çovdar çörəyi olmaqla, toplam 10 ədəd 50 qramlıq çörək daxildir.

Shopping Cart 0
No products in the cart.
Çeşidlə: