Schär
-
Qlütensiz un 1 kq
LUXFOOD sizə Almaniyanın qlütensiz məhsullar istehsalçısı “Schär” brendindən qlütensiz un qarışığını təqdim edir!
Makaronlardan tutmuş, krep, pankeyk və sair bişintilərin, müxtəlif sousların və kremlərin hazırlanmasında istifadə edilən bu un sağlam və qlütensiz qidalanmaya üstünlük verən hər kəsin mətbəxində əvəzolunmaz məhsuldur.
-
Mərcanı qurusu 300 qr
Xalq təbabətində quşüzümü kimi tanınan mərcanı, zülallar, karbohidratlar, A, B, C, E, K vitaminləri, eləcə də kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, sink kimi mikro və makroelementlərlə zəngindir. Təbii antibiotik sayılan mərcanı mədə xəstəliklərinin profilaktikasında, tərkibindəki pektinlər sayəsində qurğuşun, kobalt, sezium kimi ağır metal birləşmələrinin bədəndən çıxarılmasında, həmçinin ürək-damar sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilir.
Luxfood sizə bu yabanı giləmeyvənin qurusunu Almaniyanın yüksək keyfiyyətli quru meyvə, çərəz və orqanik qida çeşidləri ilə tanınan “Kluth” brendindən təqdim edir. Rəngləndirici və kimyəvi qoruyucu istifadə edilmədən qurudulan mərcanı 2 növdə təklif olunur: şəkərli sadə və şəkərsiz, meyvə şirəsində qurudulmuş bio orqanik mərcanı.
-
Çili Çipsləri Tortilla Chips – Chili – 475 qr
Qarğıdalı unundan hazırlanıb, günəbaxan yağında açıq odda qızardılan tortilla çipsləri istənilən Meksika sayağı hazırlanan yeməyə ləziz bir əlavədir. Yanında damaq dadınıza uyğun sous ilə servis etdikdə, ailə və dostlu yığıncaqlarınız üçün həm dadlı, həm də faydalı bir qəlyanaltı kimi xidmət edir.
-
Pendir Red Cheddar – 250 qr
Məşhur Wyke brendi Böyük Britaniyanın mərkəzində 160 ildən artıqdır ki, orijinal pendir istehsalı ilə məşğuldur.
Cəsarətli və xarakterik dada nail olmaq üçün bu pendir 15 aydan çox müddətə tam yetişməyə buraxılır.
Tam bir nəfis şərab kimi! Yumuşaq çeddar pendirini, arzuladığınız bütün yemək və şirniyyat reseptlərində istifadə edə bilərsiniz. İnək südündən hazırlanmış Wyke pendirləri, Veqanların istifadəsi üçündə tam uyğundur!
-
Dilimlənmiş Kolbasa Salami Milano – 70 qr
19-cu əsrin sonunda Kasa Sitterionun ənənəvi resepti əsasında yaranmış orijinal Milan salyamisi!
Bu incə doğranmış və ətirli ədviyyatlarla dadlandırılmış italyan ətindən hazırlanan salyami, əsl qurmanlara layiq bir delikatesdir.
-
Pendirli tortilla cipsləri – Santa Maria – Tortilla Chips – Cheese – 475 qr
Qarğıdalı unundan hazırlanıb, günəbaxan yağında açıq odda qızardılan tortilla çipsləri istənilən Meksika sayağı hazırlanan yeməyə ləziz bir əlavədir. Yanında damaq dadınıza uyğun sous ilə servis etdikdə, ailə və dostlu yığıncaqlarınız üçün həm dadlı, həm də faydalı bir qəlyanaltı kimi xidmət edir.
-
Quakamole dadlı topinq 940 qr
Meksika mətbəxi demişkən, bir çox yeməklərin vazkeçilməz hissəsi məhz avokadodan hazırlanan quakamoledir ki, bu məhsulu sizə “Santa Maria” brendindən istifadəsi daha rahat olan bir qadlaşdırmada təklif edirik!
Qırmızı çili və ədviyyatlı quakamole dadlı bu yaşıl sous, yumşaq krem teksturası sayəsində həm salatlarda, həm tako, dürüm və sendviçlərdə, həm də atışdırmalıq çərəzlərin yanında batırmalıq sous kimi istifadəyə çox uyğundur.
-
Fındıq – Kluth – Hazelnut Roma – 200 qr
Bütün evlərin bahar ətirləri ilə təravətlənib, Novruzu qarşılamağa hazırlaşdığı bu bayram günlərində LUXFOOD sizə Almaniyanın bir əsrə yaxındır yüksək keyfiyyəti ilə seçilən çərəzlər, quru meyvələr və atışdırmalıq qəlyanaltılar istehsal edən “Kluth” brendindən nəfis çərəzlər təqdim edir!
Duzlu və ya duzsuz, brendin xüsusi incə qovurma texnikası sayəsində müxtəlif çərəz ləpələrinin həm ətri, həm də dadı sizə tamamilə yenidən açılacaqdır.
-
Çips Santa Maria Tortilla Chips Barbecue – 475 qr