Wyke
-
Mərcanı qurusu 300 qr
Xalq təbabətində quşüzümü kimi tanınan mərcanı, zülallar, karbohidratlar, A, B, C, E, K vitaminləri, eləcə də kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, sink kimi mikro və makroelementlərlə zəngindir. Təbii antibiotik sayılan mərcanı mədə xəstəliklərinin profilaktikasında, tərkibindəki pektinlər sayəsində qurğuşun, kobalt, sezium kimi ağır metal birləşmələrinin bədəndən çıxarılmasında, həmçinin ürək-damar sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilir.
Luxfood sizə bu yabanı giləmeyvənin qurusunu Almaniyanın yüksək keyfiyyətli quru meyvə, çərəz və orqanik qida çeşidləri ilə tanınan “Kluth” brendindən təqdim edir. Rəngləndirici və kimyəvi qoruyucu istifadə edilmədən qurudulan mərcanı 2 növdə təklif olunur: şəkərli sadə və şəkərsiz, meyvə şirəsində qurudulmuş bio orqanik mərcanı.
-
Kakao Cocoa Bio – 125 qr
Lüksemburqun “Naturata” brendindən sizlərə təklif etdiyimiz təbii kakao tozu, Mərkəzi və Cənubi Amerikada 100% orqanik şəkildə yetişdirilən kakao paxlasından alınır. Tərkibindəki kakao yağının miqdarı cəmi 11% təşkil etdiyi üçün, bu yüksək dərəcədə yağsızlaşdırılmış kakao tozunun təbii olaraq kəskin acı kakao dadı var. Bu kakaonu həm tortlarınızda və şokoladlı desertlərinizdə, həm də içməli tünd şokoladın hazırlanmasında rahatlıqla istifadə edə bilərsiniz.