Schnitzer
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
-
Qoji giləmeyvəsi bio 250 qr
Kiçik qırmızı yumşaq meyvələrinə görə “Qurd üzümü” kimi tanınan Tibet mənşəli qoji giləmeyvəsi, tərkibindəki vitaminlər və minerallar baxımından diqqətə layiqdir. Qida rasionunuza əlavə edildiyi təqdirdə, qoji meyvələri sizin immunitetinizi gücləndirir, vitaminləri sayəsində orqanizminizi qrip virusuna qarşı qoruyur, sərbəst radikallar sayəsində yaşlanma əleyhinə təsir göstərərək, dəri qırışlarını azaldır, antioksidantlar sayəsində hüceyrələri zərərli maddələrdən qoruyur, görmə qabiliyyətini və dərinin görünüşünü yaxşılaşdırır, insulin müqavimətini və qandakı xolesterin səviyyəsini tənzimləyir, yuxu keyfiyyətini artırır, eləcə də stress və yorğunluğu aradan qaldırır. Pəhrizdə olanlar və sağlam qidalanmağa önəm verənlər üçün uyğundur.
-
Qlütensiz un 1 kq
LUXFOOD sizə Almaniyanın qlütensiz məhsullar istehsalçısı “Schär” brendindən qlütensiz un qarışığını təqdim edir!
Makaronlardan tutmuş, krep, pankeyk və sair bişintilərin, müxtəlif sousların və kremlərin hazırlanmasında istifadə edilən bu un sağlam və qlütensiz qidalanmaya üstünlük verən hər kəsin mətbəxində əvəzolunmaz məhsuldur.
-
Parmezan pendiri Parmigiano Reggiano Bertinelli – AOP – 300 qr
LUXFOOD sizə yalnız İtaliyanın Parma, Reggio Emilio, Modena, Bolonya və Mantuya əyalətlərində qranullaşdırılaraq bişirilən elit bərk pendiri Parmigiano Reggiano təqdim edir!
Saxlanma müddəti 24 ay olan bu parmesan pendir növünü nəzərinizə çatdırırıq.
-
Pendir Red Cheddar – 250 qr
Məşhur Wyke brendi Böyük Britaniyanın mərkəzində 160 ildən artıqdır ki, orijinal pendir istehsalı ilə məşğuldur.
Cəsarətli və xarakterik dada nail olmaq üçün bu pendir 15 aydan çox müddətə tam yetişməyə buraxılır.
Tam bir nəfis şərab kimi! Yumuşaq çeddar pendirini, arzuladığınız bütün yemək və şirniyyat reseptlərində istifadə edə bilərsiniz. İnək südündən hazırlanmış Wyke pendirləri, Veqanların istifadəsi üçündə tam uyğundur!