Schnitzer
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
-
Qlütensiz un 1 kq
LUXFOOD sizə Almaniyanın qlütensiz məhsullar istehsalçısı “Schär” brendindən qlütensiz un qarışığını təqdim edir!
Makaronlardan tutmuş, krep, pankeyk və sair bişintilərin, müxtəlif sousların və kremlərin hazırlanmasında istifadə edilən bu un sağlam və qlütensiz qidalanmaya üstünlük verən hər kəsin mətbəxində əvəzolunmaz məhsuldur.
-
Şokoladlı süd – Muh Chocolate Milk 3.5% Yağ – 500 ml
Zərif təzə südə qarışmış kəskin kakao dadı ilə fərqlənən bu kakaolu süd seçmə kakao paxlalarından alınan tozla hazırlanır. Ləziz dadı ilə yanaşı, həmçinin kalsium, zülallar və vitaminlər kimi qidalandırıcı maddələrlə zəngin kakaolu süd stəkanından nəinki uşaqlar, heç böyüklər də vaz keçə bilməz!
-
Qara Zeytun Olives Black Kalamata – 300 qr
Yunanların məşhur Kalamata zeytunu özünəməxsus dadı və iri ölçüləri ilə seçilən süfrəlik qara zeytun çeşidlərindən biridir. Tünd bənövşəyi rəngə sahib bu zeytunun digər növlərdən fərqi onun ətrində, eləcə də normadan nisbətən daha az yağlı dənələrinin ətli olmasındadır. Üstəlik çox da yüngüldürlər!
-
Soyulmuş Pomidor Peeled Tomato Bio – 720 qr
Bio-orqanik məhsulların ilə ön sıralarda yer tutan Lüksemburqun “BİOG” brendinin istehsalı olan sulu pomidor əzməsini, pizzalarınızın, müxtəlif sous və tərəvəz yeməklərinizin hazırlanmasında əminliklə istifadə edə bilərsiniz.