Schnitzer
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
-
Mərcanı qurusu 300 qr
Xalq təbabətində quşüzümü kimi tanınan mərcanı, zülallar, karbohidratlar, A, B, C, E, K vitaminləri, eləcə də kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, sink kimi mikro və makroelementlərlə zəngindir. Təbii antibiotik sayılan mərcanı mədə xəstəliklərinin profilaktikasında, tərkibindəki pektinlər sayəsində qurğuşun, kobalt, sezium kimi ağır metal birləşmələrinin bədəndən çıxarılmasında, həmçinin ürək-damar sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilir.
Luxfood sizə bu yabanı giləmeyvənin qurusunu Almaniyanın yüksək keyfiyyətli quru meyvə, çərəz və orqanik qida çeşidləri ilə tanınan “Kluth” brendindən təqdim edir. Rəngləndirici və kimyəvi qoruyucu istifadə edilmədən qurudulan mərcanı 2 növdə təklif olunur: şəkərli sadə və şəkərsiz, meyvə şirəsində qurudulmuş bio orqanik mərcanı.
-
Fındıq – Kluth – Hazelnut Roma – 200 qr
Bütün evlərin bahar ətirləri ilə təravətlənib, Novruzu qarşılamağa hazırlaşdığı bu bayram günlərində LUXFOOD sizə Almaniyanın bir əsrə yaxındır yüksək keyfiyyəti ilə seçilən çərəzlər, quru meyvələr və atışdırmalıq qəlyanaltılar istehsal edən “Kluth” brendindən nəfis çərəzlər təqdim edir!
Duzlu və ya duzsuz, brendin xüsusi incə qovurma texnikası sayəsində müxtəlif çərəz ləpələrinin həm ətri, həm də dadı sizə tamamilə yenidən açılacaqdır.