Schnitzer
-
Tapioka unu (nişastası) 200 qr
Tapioka unu, Cənubi Amerikada təbii halda bitən maniok bitkisindən alınan nişasta məhsuludur. Bir sıra faydalı elementlərlə zəngin bu məhsulun tərkibindəki kolin qandakı şəkər səviyyəsini normallaşdırır, B qrupu vitaminləri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, kalsium və fosfor kimi minerallar isə sümük toxumalarının qurulmasında əsaslı rol oynayır. Demək olar ki, yağsız və tamamilə qlütensiz olan tapioka unu bədəndən artıq mayenin çıxarılmasını təmin edir, qan təzyiqini normallaşdırır və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.
Daxilindəki bir sıra şirintəhər, nişasta kimi axışqan birləşmələrin mövcudluğu bu unu müxtəlif sousların qatılaşdırılmasında, eləcə də fərqli krem-şorbaların və içliklərin hazırlanması üçün əlverişli edir. Bundan əlavə, tapiokanı bişintilərdə – pudinqlər, krep və fəsəlilər – istifadə etmək olar.
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
-
Qara Zeytun Olives Black Kalamata – 300 qr
Yunanların məşhur Kalamata zeytunu özünəməxsus dadı və iri ölçüləri ilə seçilən süfrəlik qara zeytun çeşidlərindən biridir. Tünd bənövşəyi rəngə sahib bu zeytunun digər növlərdən fərqi onun ətrində, eləcə də normadan nisbətən daha az yağlı dənələrinin ətli olmasındadır. Üstəlik çox da yüngüldürlər!
-
Qara Lobya Feijao Preto – Black Bean – 500 qr
Qurudulmuş qara lobya təbii lif mənbəyi olmaqla yanaşı, həmçinin insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən zülallar və minerallarla zəngindir. Bu məhsuldan davamlı istifadə ürək-damar, sinir, immun və həzm sistemlərini, eləcə də sümüklərin vəziyyətini, görmə qabiliyyətini və dəri sağlamlığını yaxşılaşdırmağa, şəkərli diabet xəstələrində qandakı şəkərin tənzimlənməsində, qan təzyiqini aşağı salmağa, xərçəngin və anemiyanın qarşısını almağa və çəkini izləməyə köməklik edir.