Cacarola
-
Çörək Çeşidləri – Pema Whole Wheat Bread – Assortment – 500 qr
Çoxumuzun gündəlik qida rasionunda önəmli yer tutan çörək artıq qarnımızı doydurmaq üçün yeyilən bir qarnir növü kimi görülmür. Bu gün insanlar yedikləri çörəyin qida dəyəri və onun necə hazırlandığı ilə dərindən maraqlanır. Həm sağlam qidalananlar, həm də veqanlar üçün nəzərdə tutulan laktozsuz və soyasız tam taxıldan hazırlanan alman “PEMA” brendinin orqanik çörəklərini Luxfood artıq qapınıza gətirir!
Brendin təklif etdiyi 6 çeşid tam taxıllı alman çörəyindən ibarət bu dəsti mövcud çörəklərin hamısını dadıb, ən çox bəyəndiyiniz növünü ayrıca sifariş verməyiniz üçün nəzərinizə çatdırırıq.
Dəstə 2 çovdar çörəyi, 1 günəbaxan tumlu çovdar çörəyi, 2 kətan toxumlu çovdar çörəyi, 2 kəpəkli çovdar çörəyi, 2 yulaflı çovdar çörəyi və 1 uşaqlar üçün tam taxıllı çovdar çörəyi olmaqla, toplam 10 ədəd 50 qramlıq çörək daxildir. -
Qara Lobya Feijao Preto – Black Bean – 500 qr
Qurudulmuş qara lobya təbii lif mənbəyi olmaqla yanaşı, həmçinin insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən zülallar və minerallarla zəngindir. Bu məhsuldan davamlı istifadə ürək-damar, sinir, immun və həzm sistemlərini, eləcə də sümüklərin vəziyyətini, görmə qabiliyyətini və dəri sağlamlığını yaxşılaşdırmağa, şəkərli diabet xəstələrində qandakı şəkərin tənzimlənməsində, qan təzyiqini aşağı salmağa, xərçəngin və anemiyanın qarşısını almağa və çəkini izləməyə köməklik edir.