Wyke
-
Bio Fokaçça orqanik, qlütensiz 2 x 110 qr
Yüngül teksturası ilə seçilən məşhur italyan yastı çörəyi olan fokaççanı Luxfood sizə indi daha sağlam, orqanik və qlütensiz növdə təklif edir!
2 x 2 olmaqla, ümumi 4 ədəd ədviyyatlı qlütensiz bio fokaççadan ibarət bağlama əsl italyan sendviç və buterbrodları hazırlamağınız üçün bir tapıntıdır.
-
Kapers Bio 120 qr
Kapers adlanan kəvər kollarının açılmamış gül qönçələrinin birinci sıxım zeytun yağındaki ədviyyatlı konservləri italyan, ispan, fransız və aralıq dənizi mətbəxlərində geniş istifadə olunur. Xoş xırçıldayan dada malik kaperslər səhər saatlarında, qönçələr hələ açılmamış tək-tək əl ilə yığılıb, yağda saxlanır. Bu məhsul salatlara, pizzalara və müxtəlif souslara xüsusi dad qatır.
-
Mavigiləli yoqurt – Pur Natur bio-yoqurt 500 qr
Belçikanın sevilən tam yağlı bio-orqanik mavigiləli yoqurt növünü indi daha böyük ölçülü qablaşdırmada təqdim edirik!